Şairlər müalicə alır: Musa Yaqub danışa bilmədi, Vaqif Bayatlı isə... - ÖZƏL

Azərbaycanın ədəbiyyatının tanınmış nümayəndələrindən olan Xalq şairi Musa Yaqub və Əməkdar incəsənət xadimi, şair Vaqif Bayatlı Odər uzun müddətdir ki, səhhətləri ilə bağlı problemlər yaşayırlar. Sherg.az olaraq hər iki şairin sağlıq durumunu öyrənmək üçün onlarla əlaqə saxladıq.

Xalq şairi Musa Yaqub zəngimizə özü cavab versə də, danışa bilmədi.

Dəstəyi alan Musa Yaqubun oğlu Şəhriyar Yaqubov atasının vəziyyətinin normal olduğunu bildirdi:

“Şükür Allaha indi atam özünü pis hiss eləmir. Əvvəllər yeriyəndə bir az çətinlik çəkirdi. Amma indi yeriməsi nisbətən düzəlib". 

 Vaqif Bayatlı Odər isə özünü elə də yaxşı hiss etmədiyini söylədi:

“Hazırda gərginlik içindəyəm. Müalicəm hələ ki, davam edir. İki dəfə əməliyyat olundum. Bir dəfə beynimdən, bir dəfə isə ürəyimdən. Hazırda ürəyimə görə 7 dərman qəbul edirəm. Amma istəyirəm ki, dərmanların sayını azaldım. Çalışacam 6 dərman olsun. Özümü normal hiss eləmirəm. Lakin məni yada saldığınız üçün indi bir az yaxşıyam”.

Qeyd edək ki, xalq şairi Musa Yaqub uzun müddətdir ki, Parkinson xəstəliyindən, tanınmış şair Vaqif Bayatlı Odər isə beyin anomaliyasından və ürək xəstəliyindən əziyyət çəkir.