Bakıda 120 minlik dələduzluq

Bakıda qızıl satıcısına qarşı külli miqdarda dələduzluq edilib. 

Bununla bağlı Oxu.Az-a Suraxanı Rayon Polis İdarəsindən məlumat verilib. 

Belə ki, 2017-2018-ci illərdə Aynurə adlı şəxs Bakı şəhərində qızıl satışı ilə məşğul olan şəxsi aldadaraq, ondan 120,605 manat dəyərində qızı-zinət əşyaları alıb. 

Baş verən dələduzluqla bağlı qızıl satıcısı dünən polisə şikayət edib. 

Faktla bağlı araşdırma aparılır.