Parlamentdə təklif: "Elektriklə işləyən avtomobillər bütün növ rüsumlardan azad edilsin"

Milli Məclisdə gələn ilin Dövlət Büdcəsinin müzakirələri davam edir. Millət vəkilləri hökumət üzvlərinə təkliflərini səsləndirirlər. 

Sherg.az-ın xəbərinə görə, deputatı Şahin İsmayılov bildirib ki, elektriklə işləyən avtomobilləri bütün növ rüsumlardan azad etmək yaxşı olar:

“Azərbaycanda avtomobil bazasının dəyişdirilməsinə ehtiyac var. Statistika göstəricilərinə nəzər salsaq, yol qəzalarının müəyyən bir hissəsi köhnə avtomobillərin payına düşür. Bu baxımdan əhalinin yeni avtomobil almaq şərtlərini asanlaşdırmaq, kredit şərtlərini sadələşdirmək, insanların yeni avtomobillərə əlçatanlığını təmin etmək lazımdır. Xüsusən də elektromobillərlə bağlı tədbir görülə bilər. Artıq bu sahədə dünyada yaxşı təcrübə var. Biz bu təcrübələri ölkəmidə tətbiq edə bilərik”.

Millət vəkili onu da qeyd edib ki, günün qaranlıq vaxtlarında işıq qaytarıcılardan geniş istifadə edilməsi vacibdir:

“Vaxtilə bu cür layihələr həyata keçirilirdi, xüsisilə də azyaşlı uşaqların işıq qaytarıcılarla təmin edilməsi vacibdir. Yolların işıqlandırılması, yol nişanlarında işıq qaytarıcıların yüksək standartlarda olması vacib məsələdir”.