"Tik, idarə et, təhvil ver" - Tələbə yataqxanalarının tikintisində bundan istifadə oluna bilər

Milli Məclisdə gələn ilin Dövlət Büdcəsinin müzakirələri davam edir. Millət vəkilləri hökumət üzvlərinə təkliflərini səsləndirirlər. Sherg.az-ın xəbərinə görə, parlamentin vitse-spikeri Valeh Ələsgərov tələbə yataqxanalarının tikilməsi ilə bağlı təklif irəli sürüb.

Ələsgərov qeyd edib ki, bununla bağlı "Tik,idarə et, təhvil ver" (TİT) modelindən istifadə mümkündür: 

"Sözügedən modellə bağlı 2016-cı ildə Milli Məclis tərəfindən qanun qəbul olunub. Dünyanın bir çox ölkələrində bu modeldən səmərəli istifadə olunur, körpülər, tunellər hava limanları tikilir. Milli Məclis bu qanuna əlavə edərək tələbə kampuslarının tikilməsi üçün qanunvericilik bazası yarada bilər. Tələbə yataqxanaları ilə bağlı məsələ bu yolla daha tez həll olunar. Təklif edirəm ki, Təhsil və Maliyyə Nazirlikləri ilə birgə bununla bağlı müəyyən mexanizm hazırlayaq".