Yolu keçən qadını maşın vuraraq öldürdü

Salyanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA -nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayon mərkəzində qeydə alınıb. Rayon sakini Babayeva Həqiqət Şahbaz qızını yolu keçərkən avtomobil vurub. Nəticədə piyada aldığı xəsarətdən hadisə yerindəcə keçinib.

Faktla bağlı araşdırma aparılır.