Daha bir nəfər qazdan boğuldu

Yevlax sakini dəm qazından boğulub.

APA -nın Mingəçevir bürosunun məlumatına görə, hadisə rayonun Havarlı kəndində qeydə alınıb. Kənd sakini Ramiz Yusifov yaşadığı evin hamamında dəm qazından boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.