ABŞ Suriyada daha bir ərazini Rusiyaya təslim etdi

Rusiyanın hərbi polisi Suriyanın Kobani yaxınlığında yerləşən aerodromu nəzarətə götürüb. 

Məlumata görə, daha əvvəl bu ərazidə ABŞ hərbi bazası yerləşirdi.  

Qeyd olunur ki, obyektlərin yerləşdiyi ərazidə hərbi patrul xidməti həyata keçirilir, atəş mövqelərində hərbçilər keşik çəkirlər.