Tanınmış ekspert 41 yaşında dünyasını dəyişdi

“Novaya Rossiya” hərəkatının lideri, siyasətçi, politoloq, ictimai xadim Nikita İsayev 41 yaşında dünyasını dəyişib.

Axar.az xəbər verir ki, bu barədə “Mash” teleqram kanalı informasiya yayıb.

Məlumata görə, İsayev Tambovdan Moskvaya qayıdarkən qatarda vəziyyəti pisləşib. Təcili yardım xidməti çağırılsa da, artıq həkimlər gələnə qədər İsayev dünyasını dəyişib.