Şirkətdən narazı olan Bakı sakini intihara cəhd etdi - VİDEO

Səhər saatlarında Bakıda kişi intihara cəhd edib. ARB xəbər verir ki, hadisə Nəsimi rayonu, Mirəli Qaşqay küçəsində baş verib.

Daməd Ağayev yaşadığı binanın damına çıxaraq, həyatına son qoymaq istəyib.

Məlum olub ki, buna səbəb onun mənzilinin məxsus olduğu MTK-dan narazılığıdır. O, mənzilinin kommunal təchizatından narazı olduğu üçün bu addımı atmaq qərarına gəlib.

D.Ağayev bildirib ki, 2006-cı ildəı “Aslan” MTK-dan 45 min manata mənzil alıb. O, yalnız bir neçə il sonra öyrənib ki, aldığı mənzil 81 yox, 68 kvadrat metrdir. Üstəlik, mənzilin kommunal problemləri də illərdir həllini tapmır. O, artıq bu şəraitdə yaşamaqdan bezdiyini qeyd edib.

D.Ağayevin intihara cəhdini izləyənlər arasında olan MTK-nın rəhbəri vəzifəsini müvəqqəti icra edən şəxs jurnalistlərin suallarını cavablandırmaq istəmədiyini deyib.