Kaspşik Tonoyanla Qarabağı müzakirə etdi

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Yerevanda Ermənistanın müdafiə naziri David Tonoyanla görüşüb.

Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi, qoşunların təmas xəttində və Ermənistan-Azərbaycan dövlət sərhədindəki vəziyyət müzakirə edilib.