Paşinyan sevinir: Çarukyan imtina etdi

Çiçəklənən Ermənistan Partiyası parlamentdən kənar qüvvələrə, Vazgen Manukyanın “Vernatun” klubuna qoşulmayacaq.

Axar.az xəbər verir ki, bunu Çiçəklənən Ermənistan Partiyasının deputatı İveta Tonoyan deyib. Deputat partiyanın gündəminin klubun gündəmindən fərqləndiyini bildirib.

“Lragir.am” saytı isə partiyanın klubla bir araya gəlməməsinin səbəbinin Qagik Çarukyanın partiyasının ölkənin birinci qüvvəsinə çevrilməsi istəkləriylə bağlı olduğunu deyib.

Qeyd edək ki, bundan öncə İrəvanda Manukyan tərəfindən “Vernatun” klubu yaradılıb. Bu klubda əsasən Respublikaçılar və Daşnaksütyun partiyalarından olan siyasətçilər toplaşıblar. Bəzi KİV-lər artıq bu klubun Paşinyan üçün əsas rəqibə çevriləcəyini açıqlayıblar.