Bakının mərkəzində tıxac yarandı

Paytaxtda saat 17.00 radələrində “Porşe Kayen” markalı avtomobilinin sürücüsü nəqliyyat vasitəsini Əziz Əliyev küçəsində yolun hərəkət hissəsində park edərək bu və digər küçədə hərəkəti tam iflic edib.

Bu barədə məlumatı Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev qeyd edib.

“Nəticədə İstiqlaliyyət küçəsindən Neftçilər prospekti istiqamətində hərəkət tamamilə dayanıb. Sürücü yüzlərlə insanın tıxacda qalmasına səbəb olub. Bakı Nəqliyyat Agentliyi əməkdaşlarının müdaxiləsi ilə yolda hərəkət bərpa edilib. Nəqliyyat vasitəsi qanunvericilikdə nəzərdə tutulan qaydada mühafizə olunan duracağa aparılıb”, - M.Ağayev bildirib.