Yeni Ombudsman seçildi: Siyavuş Novruzovun xanımıdır (YENİLƏNİB)

Bu gün Milli Məclisin iclasında İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) seçilməsi haqqında məsələyə baxılıb. 

Ombudsmanlığa üç nəfərin namizədliyi müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra məsələ deputatların səsverməsinə çıxarılıb. 

Konstitusiya Məhkəməsi Aparat rəhbərinin müavini Səbinə Əliyeva Ombudsman seçilib. 

Qeyd edək ki, ombudsmanlığa namizədlərdən biri Bakı Apellyasiya Məhkəməsinin sədrinin müavini Kəmalə Abıyeva, digəri isə Ali Məhkəmənin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Kəmalə Əliyeva idi.

Xatırladaq ki, K.Əliyeva YAP İcra katibinin müavini, deputat Siyavuş Novruzovun xanımıdır. 




09:48

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək. iclasın gündəliyinə 22 məsələ daxildir.

Parlament İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) seçilməsi haqqında məsələyə də baxacaq.

Qeyd edək ki, ombudsmanlığa namizədlərdən biri Bakı Apellyasiya Məhkəməsinin sədrinin müavini Kəmalə Abıyevadır.

Ombudsmanlığa digər namizəd Ali Məhkəmənin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Kəmalə Əliyevadır.

Konstitusiya Məhkəməsi Aparat rəhbərinin müavini Səbinə Əliyeva da ombudsmanlığa namizəddir.