Qalatasaray" Trabzondan 1 xalla qayıtdı

Futbol üzrə Türkiyə Super Liqasında 13-cü turun oyunları keçirilir. Milli.Az matc.az-a istinadən bildirir ki, bazar günü daha üç qarşılaşma baş tutub. 
"Qaziantep" doğma meydanda "Dənizlispor"a uduub. "Başakşəhər" "Antalyaspor"la ev oyununda inamlı qələbəyə sevinib.
Turun mərkəzi görüşündə "Qalatasaray" "Trabzonspor"la münasibətlərinə aydınlıq gətirib. Bu qarşılaşmada tərəflər hərəyə 1 qolla 1 xal qazanıblar.
Türkiyə Super Liqası
13-cü tur
29 noyabr
Gənclərbirliyi - Yeni Malatyaspor 3:3
Qol: Sio, 52. Stanku, 76. Berisbek, 90+1 - Bifuma, 44. R.Yalçın, 85; 88.
30 noyabr

Rizəspor - Konyaspor 3:1
Qol: O.Çağlayan, 3. A.Umar, 10. Yan, 74 - Miloşeviç, 11.

Sivasspor - Kasımpaşa 2:0
Qol: H.Arslan, 10. Yatabare, 17.

Alanyaspor - Ankaragücü 5:0
Qol: Bakasetas, 16; 85. Djalma, 24; 90+3; 90+6.

Göztəpə - Fənərbaxça 2:2
Qol: Kastro, 7. A.Öztürk, 63-pen - S.Aziz, 44. G.Rodriqes, 68.

1 dekabr

Qaziantep - Dənizlispor 1:2
Qol: Kayode, 54 - Berqdiç, 58. Sako, 85.

Başakşəhər - Antalyaspor 2:0
Qol: Klişi, 60. Aleksiç, 63.

Trabzonspor - Qalatasaray 1:1
Qol: Sorlot, 51 - Naqatomo, 90.

2 dekabr

21:00 Beşiktaş - Kayserispor