Müxalif deputat parlamentin buraxılmasını dəstəklədi: "YAP-ın qərarı doğrudur"

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyev Milli Məclisin bu gün keçirilən xüsusi iclasında parlamentin buraxılmasını dəstəkləyib.

Sherg.az-ın xəbərinə görə, millət vəkili bildirib ki, YAP  parlamentin buraxılması ilə doğru addım atıb:

"YAP nüfuzunun güclü olan vaxtında belə bir təşəbbüslə çıxış edib. Biz sağlam müxalifət olaraq növbədənkənar seçkiləri dəstəkləyirik. Çünki seçki  müxalifət üçün də bir şansdır”.