İran, ölüm bataqlığı... 

İran İnqilab Keşikçiləri İranın Mahşehr şəhərində bataqlıqda 40-100 arası nümayişçini repressiyaya məruz qoyub. 
«Sherg.az» « lefigaro.fr»ə istinadən xəbər verir ki, bu barədə ötən bazar g   « Le New York Times» yazıb. Məqalədə qeyd olunub ki,  yerli əhali arasında keçirilən sorğu nəticəsində əldə edilən məlumata görə, Mahşerin şimalında yerləşən Şahrak Çamran şəhərinə girən İnqilab keşikçiləri nümayişçiləri atəşə tutublar, nəticədə bir neçə namayişçi məhv edilib. 

Mahşer Polis Qüvvələrinin komandiri də dolayısı ilə bu faktı təsdiqləyib. O bəyan edib ki, nümayiçilər bu bataqlıqda gizlənərək təhlükəsizlik qüvvələrinə atəş açıblar:



«Ancaq silahlı qüvvələrin sayıqlığı nəticəsində onları hiylə və planları pozulub.  «Le New York Times» qəzetinin hazırladığı reportajda konkret rəqəm göstərilmir. Amma yazır ki, yerli jurnalistin verdiyi məlumata görə, 40-100 və 130 nümayişçi öldürülüb.Lakin bununla bağlı konkret rəqəm yoxdur ».  

Xatırladaq ki, İranın rəsmi mənbələri bildirir ki, bir həftə ərzində təhlükəsizlik qüvvələrinin dörd üzvü və yalnız bir etirazçı da daxil olmaqla 5 nəfər ölüb. Amma bütün dünya mediası rəqəmlərin daha çox olduğunu yazır.