“Prezidentimiz hər zaman vətəndaş amilinə yüksək dəyər verib”

“Prezidentin Şamaxı səfəri vacib və yadda qalan səfərlərdən biri oldu. Ölkə başçısının əsas məqsədi vətəndaşlarla ünsiyyətdə olmaq, onların arzu və istəklərini dinləmək, problemlərin yerindəcə həll edilməsi üçün tapşırıqlar verməkdir”.

Bu fikiləri Sherg.az-a açıqlamasında “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

Baş redaktorun sözlərinə görə, Cənab Prezidentin qarşıya qoyduğu ən böyük hədəflərdən biri odur ki, dünyanın ən yaxşı yaşayan vətəndaşları Azərbaycan vətəndaşları olmalıdır:

“Ona görə də bu istiqamətdə işlər reallaşdırılır. Təkcə Şamaxı deyil, digər regionalara olan səfərlərdə məqsəd dövlətimizin inkişaf etməsi, sosial həyatın yaxşılaşdırılması ilə yanaşı vətəndaşların sosial təminatının da gücləndirilməsindən ibarətdir. 



Prezidentin Şamaxıda maraqlı görüşləri baş tutdu, eyni zamanda ailələrdən birinin qonağı oldu. Hesab edirəm ki, Prezidentimiz hər zaman vətəndaş amilinə yüksək dəyər verib. Həmin dəyərin nümunəsi olaraq Şamaxı səfərini qeyd edə bilərik. Doğurdan da dövlətimiz və ölkə başçısı vətəndaş amilinə böyük önəm verir, xalqın problemi və qayğıları həll olunur. Ümumiyyətlə, Azərbaycan dövləti sosial sahəyə xüsusi fikir verir. Təbii ki, bu da bilavasitə vətəndaşlarla bağlı olan bir sahədir. Ona görə də bu amil Prezidentimizin siyasətinin prioritet xəttini təşkil edir. Düşünürəm ki, vətəndaşlarımızın yaxşı həyat və yaşayış tərzi üçün bu siyasətin onlara təsir etməsini dövlət əsas məqsəd olaraq qarşıya qoyub”.