Maksim Medvedev: "Baxmayaraq ki, şansımız yoxdur…"

Baxmayaraq ki, şansımız yoxdur, son oyunumuzda yaxşı nəticə qazanmaq istəyirik.

Oxu.Az xəbər verir ki, bunu Avropa Liqasının qrup mərhələsinin VI turunun sabah “Düdelanj”a qarşı keçiriləcək ev oyununa həsr olunan mətbuat konfransınada “Qarabağ”ın futbolçusu Maksim Medvedev deyib:

“Oyunun önəmi böyük olmasa da, ən yaxşısını etməyə çalışacağıq. Bizim işimiz futbol oynamaqdır. Bu, azarkeşlər üçün bir növ şoudur.

Biz də istərdik ki, stadion dolsun. Ancaq elə azarkeşlər var ki, bizim köhnə nəticələrimizə baxıb, gəlməyəcəklər. Əsl azarkeşlər yanımızda olmalıdır. Mən özüm azarkeş olsaydım, stadiona gələrdim”.