Daşnaklar: "Paşinyan Qarabağla bağlı bunu etməlidir"

Qarabağ konfliktinin həlli ilə bağlı danışıqlar prosesi mütəmadi olaraq dalana dirənir, amma prosesi ölü nöqtədən tərpədəcək bəzi tədbirlər görmək lazımdır.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Daşnaksütyun Partiyasının rəsmi nümayəndəsi Kiro Manoyan deyib.

O, hazırkı hakimiyyətin sələflərinin səhvlərini təkrar etdiyini bildirib. Manoyan İrəvanın qondarma Qarabağ rejiminin "müstəqilliyi"ni tanımalı olduğunu qeyd edib. Daşnakların nümayəndəsi həmçinin Paşinyanın Qarabağla bağlı çıxışlarında davamiyyətin olmadığını söyləyib.