Yutub təhqir və təhdid məzmunlu videoları qadağan edir 


Yutub sosial şəbəkəsi istifadəçilərin bir-birinə olan şəxsi zəmində olan qərəzli hücumu, zorakılıq və şəxsiyyətin təhqiri ilə bağlı videoları qadağan edir.
«Sherg.az» «lefigaro.fr»ə istinadən xəbər verir ki, bu onlayn video platforma zərərli məzmunlu videoların yayılmasına icazə verdiyi üçün beynəlxalq tənqidlərə tuş gəlib. Bu mənada Yutub təhdid və təhqirlərin qarşısını alıb gərginliyi aradan qaldırmağa çalışır. 

Yutubun «Google» filialının vitse-prezidenti Mat Alprin qeyd edib ki, artıq Yutubda söyüş, təhqir və alçaldıcı ifadələrlə bağlı videoların qarşısının alınması ilə bağlı yeni bir mərhələ başlanıb: 

«Biz qərəzli məzmunda, şəxsi zəmində təhqir, təhdid, irq, cins və seksual oriyantasiya ilə bağlı videoların yayınlanmasına icazə verməyəcəyik. Bu qadağa siravi vətəndaşlardan tutmuş siyasətçilərə qədər hər kəsə şamil olunacaq».