Ermənistanda saxta hərbi sənəd aşkarlandı

Ermənistanda saxta sağlamlıq və hərbi xidmət sənədlərinin hazırlanması və istifadəsi faktı ilə bağlı cinayət işi başlanıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Şirak bölgəsinin sakini tibb mərkəzlərindən birindən Belçikada yaşayan qardaşı üçün hərbi xidmətə getməsi barədə saxta arayış alıb.

Faktla bağlı cinayət işi açılıb.