Türkiyə S-400-ləri niyə aldı? – Akar açıqladı

Türkiyə öz ərazisini qorumaq üçün S-400-ləri Rusiyadan almağa məcbur idi. Qərb ölkələri Türkiyənin raketdən müdafiə sistemi almaq haqqında sorğusunu cavabsız qoydular.

Axar.az xəbər verir ki, bunu Dohada təşkil olunan forumda Tükiyənin Müdafiə naziri Hulusi Akar söyləyib.

“Biz 1999-cu ildən ABŞ və Fransaya müraciət edirdik və yekunda ölkəmizin müdafiəsi üçün bu sistemi Rusiyadan almağa məcbur olduq”, - Akar bildirib.

Buna baxmayaraq, Hulusi Akar Türkiyənin NATO üzvü olduğunu və qurumu tərk etmək niyyətində olmadıqlarını deyib. Onun sözlərinə görə, hazırda Ankara F-35 qırıcılarının alınması üçün ABŞ-la danışıqlar aparır.