Sərkisyan istintaqda nazirlə mübahisə etdi

Xüsusi İstintaq Xidmətində dindirilmə zamanı Ermənistanın keçmiş prezidenti Serj Sərkisyanla keçmiş kənd təsərrüfatı naziri Serqo Karapetyan arasında mübahisə yaranıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “Haykakan Jamanak” qəzeti məlumat yayıb.

Sərkisyanın vəkili Amram Makinyan nəşrə açıqlamasında müvəkkilinin iştirakı ilə belə bir mübahisənin baş verdiyini təsdiqləyib. Lakin mübahisənin kiminlə baş verdiyini açıqlamayıb.

Makinyanın sözlərinə görə, Serj Sərkisyana qarşı məlum ittiham məhz bu qarşıdurmadan sonra verilib.

Qəzet isə həmin şəxsin Ermənistanın keçmiş kənd təsərrüfatı naziri, “Fleş” şirkətinin sahibi Serqo Karapetyan olduğunu iddia edib.

Dekabrın 4-də Ermənistanın keçmiş prezidenti Serj Sərkisyana ittiham irəli sürülüb. O, 2013-cü il yanvarın 25-dən 7-dək bir qrup məmurdan 1 milyon dollardan çox maddi vəsait mənimsəməkdə ittiham olunur.