YAP namizədləri ilə bağlı açıqlama yaydı

Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin iclası ilə bağlı açıqlama yayıb.

YAP-dan verilən məlumata görə, dekabrın 27-də Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclası keçirilib və iclasda 2020-ci il dekabrın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədləri müzakirə edilib və təsdiq olunub.