Tehran ABŞ-ın “Hizbullah” bazasını bombalamasını “terror” adlandırdı

ABŞ-ın İraq və Suriyadakı İranın dəstəklədiyi “Hizbullah” bazalarını bombalaması Yaxın Şərqdə gərginlik yaradıb. 

Sherg.az xarici mediaya istinadən xəbər verir ki, rəsmi Tehran bu gün yaydığı bəyanatda bombalamanı kəskin şəkildə qınayıb. 

İran tərəfindən verilən açıqlamada bildirilir ki, ABŞ-ın iraqdakı bazaları vurması açıq terrordur. Bəyanatı İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Abbas Musavi yayıb.

Qeyd edək ki, Kərkükdəki bir bazaya raket atılıb və ABŞ vətəndaşı ölüb. Bundan sonra ABŞ hərbi qüvvələri dünən axşam “Hizbullah”a aid bazanı bombalayıb.