Vüqar Bayramovun da deputatlığa namizədliyi qeydə alındı

"84 saylı Füzuli Seçki Dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə namizədliyim rəsmi şəkildə qeydə alındı".

Sherg.az-ın xəbərinə görə, bu sözləri tanınmış iqtisadçı, İqtisadi və Sosial Araşdırmalar Mərkəzinin rəhbəri Vüqar Bayramov deyib.

O, bildirib ki, artıq növbəti mərhələ - təbliğat kampaniyasına hazırlıq dövrü başlayır:

"Ölkəmizin fəxri olan hörmətli dostlarımızın dəstəyi ilə yanvarın 17-dən aktiv təbliğat kampaniyasına start verib, dəyərli seçicilərlə sıx görüşlərlə başlayacağıq".

Qeyd edək ki, V.Bayramov növbədənkənar parlament seçkilərinə 84 saylı Füzuli Seçki Dairəsindən deputatlığa namizədliyini irəli sürüb. 

Xatırladaq ki, Milli Məclisə növbədənkənar seçkilər fevralın 9-da keçiriləcək.