Elçibəyin köməkçisi işləmiş Oqtay Qasımovun namizədliyi qeydə alındı

Azərbaycanın sabiq Prezidenti Əbülfəz Elçibəyin ən yaxın köməkçisi işləmiş Oqtay Qasımovun deputatlığa namizədliyi qeydə alınıb. 

Sherg.az-ın xəbərinə görə, O.Qasımov 18 saylı Nərimanov-Nizami Seçki Dairəsindən namizəddir. 

Qeyd edək ki, Milli Məclisə növbədənkənar seçkilər fevralın 9-da keçiriləcək.