20 Yanvar şəhidləri Antalyada anıldı

Antalyada Antalya Azərbaycan Kültür və Dayanışma Dərnəyinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Axar.az xəbər verir ki, tədbirdə dərnək başqanı Fazil Orun, azərbaycanlı yazar Aysel Atəş Abdullazadə, Nəzarət Şurası başqanı Niyazi Bilgi, İraq Türkman Birliyi və Dayanışma Dərnək başqanı Kürşad Çavuşoğlu və digərləri çıxış edib, 20 yanvar faciəsi barədə məlumat veriblər.

Daha sonra 20 Yanvar hadisələrinə dair qısa film nümayiş etdirilib, Bəxtiyar Vahabzadənin “Şəhidlər” şeiri və bu şeirə bəstələnmiş mahnı Səbinə İrfan tərəfindən ifa olunub.

Başqan köməkçisi Ceyran Səttarova 20 Yanvar adlı slayd lövhəsini təqdim etdikdən sonra tədbirə qatılan qonaqlara çay və halva verilib.