Zərif: "ABŞ İranın nüvə müəssisəsini buna görə vurmayıb"

ABŞ İranın silahından yox, xalqından qorxur.

Axar.az xəbər verir ki, bunu İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif deyib.

O, ABŞ-ın sabiq dövlət katibi Con Kerri ilə aralarında baş tutan dialoqdan danışaraq Qum şəhərindəki nüvə müəssisələrinin vurulmamasının əsas səbəbinin İran xalqı olduğunu bildirib:

“Kerri mənə “Fordonu niyə qurdunuz, istəsək, rahatlıqla məhv edərik” dedi. Mən də ondan sonra nə olacağını soruşdum. O isə Fordo nüvə müəssisələrinin məhv ediləcəyi təqdirdə mümkün nəticələrdən narahat olduqları üçün belə bir addım atmadıqlarını söylədi”.