Koronavirusa qarşı dərman hazırlanıb

Ural Federal Universitetinin alimləri Çində yayılmış koronavirusla mübarizə aparmaq üçün universitetdə “triazavirin” preparatı hazırlayıblar.

Xarici media xəbər verir ki, preparatın “yeni Çin xəstəliyinə” aid edilən RNT viruslarına qarşı təsirli olduğu bildirilir.

Qeyd edək ki, dekabrın sonlarında Çin hökuməti Vuhanda şəhərində naməlum mənşəli sətəlcəm xəstəliyinin yayılması barədə məlumat vermişdi. İlkin ehtimallarda xəstəliyin yayılma səbəbi kimi dəniz məhsulları göstərilmişdi. Mütəxəssislər isə xəstəliyin koronavirus “2019-nCoV” olduğunu müəyyən etdilər.

Virus artıq Çindən kənarda da yayılıb. Cənubi Koreyada, Yaponiyada, ABŞ-da və Taylandda virusun olduğu təsdiqlənib. Sinqapur, Hong Kong və Avstraliyada isə şübhəli virus aşkarlanıb. Çin hökuməti virusun insandan insana ötürüldüyünü rəsmi olaraq təsdiqləyib.

Çin Dövlət Televiziyası ÇXR-də koronavirusa yoluxanların ümumi sayının 473 nəfərə çatdığını bildirib. Doqquz nəfərin isə bu virusdan öldüyü qeyd olunur.