Davos Forumu Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir

“Prezident İlham Əliyev Davosda bir sıra xarici ölkələrin nümayəndələri və şirkət rəhbərləri ilə işgüzar görüşlərini davam etdirib. İsveçrə Konfederasiyasının Prezidenti Simonetta Sommaruqa ilə görüş, ölkələrimiz arasındakı əməkdaşlıq perspektivləri mövzusunun inkişafı üçün məlumatverici bir hadisə ola bilər”.

Bu fikirləri Sherg.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

O, bildirib ki, Azərbaycanla İsveçrə arasında siyasi-iqtisadi əməkdaşlığın inkişafı istiqamətində prezidentlərin görüşü yeni səhifənin açılması deməkdir:



"Baxmayaraq ki, İsveçrə neytral ölkədir amma, beynəlxalq təşkilatların mənzil qərargahları, beynəlxalq maliyyə mərkəzləri buradadır, həmçinin beynəlxalq təşkilatlara da ev sahibliyi edir. Məhz Davos Forumu çərçivəsində İsveçrə ilə siyasi-iqtisadi əməkdaşlıq Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir. Çünki ölkəmiz Avropanın siyasi-iqtisadi cəhətdən inkişaf etmiş bir ölkəsinin dəstəyini alacaq. İsveçrə ilə əməkdaşlıq vətəndaşların qarşılıqlı səfərlərinin, turizm sahəsində əməkdaşlığa gətirib çıxaracaq. İsveçər ilə humanitar, turizm və elm-təhsil sahələrində əməkdaşlığın inkişafı ,kənd təsərrüfatı sahəsində müqavilələr bağlanmasına gətirib çıxara bilər".