Azərbaycanlı aktrisa: “Həyatımda ciddi dəyişikliklər baş verir” - FOTO

Açıq-saçıq paylaşımları ilə gündəmə səs salan “Vicdan haqqı” serialındaki “Larisa” obrazı ilə məşhurlaşan aktrisa Çimnaz Sultanova gözlənilməz addımı ilə diqqət mərkəzinə düşüb.

Oxu.Az xəbər verir ki, aktrisa qəfil fəaliyyətinə fasilə vermək qərarına gəlib.

Cazibədar sənətçi sosial şəbəkədə bu barədə paylaşım edib:

“Məzuniyyətə çıxıram. Efirlərə, verilişlərə, tədbirlərə, toylara, məşqlərə, çəkilişlərə və “İnstagram”a STOP. Xahiş edirəm darıxmayın, inciməyin, küsməyin... Həyatımda ciddi dəyişikliklər baş verir. Mənim fasiləyə ehtiyacım var.

Ümid edirəm ki, siz məni başa düşərsiniz... Sizləri səmimi qəlbdən sevirəm və bilirəm ki, bizim sevgimiz qarşılıqlıdır. Öpürəm sizləri”.