Yusif Mustafayevin ölüm xəbəri yayıldı - Açıqlama

“Salamatçılıqdır şükür Allaha, Cavanşir müəllimin yas mərasimindəyəm”.
Bunu Bakupost.az -a açıqlamasında əməkdar artist Yusif Mustafayev ölüm xəbərindən danışarkən deyib.
Müğənni bu xəbəri yayanlara ismarıc göndərib:
“Ölüm xəbərimi nə məqsədlə yayırlar, bilmirəm. O bəd xəbər qoy öz ocaqlarında olsun və onda görsünlər ki, bu nə deməkdir. Hamınızın başına dönüm, Allah hamınızdan razı olsun”.
Qeyd edək ki, “Tiktok” sosial şəbəkəsində Əməkdar artist Yusif Mustafayevin şəkillərini paylaşaraq vəfat etdiyi bildirilib. Müğənninin şəklinə şərhlər yazan insanlar yalan xəbər yayan şəxsi qınayıblar.