Simge Sağın: "İkardiyə bir milyon dollar xərcləsəydim də nail ola bilməzdim"

"Qalatasaray"ın argentinalı ulduzu Mauro İkardinin qollarından sonra stadionda "Aşkın olayım" mahnısı səsləndirilir. Simge Sağın 2018-ci ildə musiqisevərlərə təqdim etdiyi mahnının "partlaması" ilə bağlı etiraf edib. 

Sherg.az xəbər verir ki, məşhurlar dünyasının ən çox danışılan adlarından olan Simge Sağın YouTube-da yayımlanan "Bizə qaldı" verilişinin qonağı olub.

42 yaşlı gözəl şəxsi həyatından danışarkən bunları deyib: "Sevgilim yoxdur. Uzun müddətdir subayam. Bəzi sınaqlar oldu, amma sonda qərara gəldim ki, tənhalıq daha yaxşıdır". 



Son zamanlar dostlarının sayının azaldığını etiraf edən estrada müğənnisi qeyd edir: "Artıq nə istəmədiyini bilən qadınam. Mənə nə yaxşı gəlirsə onu edirəm. Son illər insani münasibətlərim çox azalıb. İnsanlar həmişə bir şey istəyir, amma heç bir şey vermək istəmir. Həyatda vermək və almaq arasında bir tarazlıq olmalıdır. Bu yoxsa, mən də yoxam. İndi canım nə istəyir onu da edirəm. Son dərəcə xoşbəxtəm".

Simge Sağın "Aşkın Olayım" mahnısının uğuru ilə bağlı da sual verilib. Ondan "Bununla bağlı hər hansı bir səy göstərdinizmi?" deyə sorşulub.

"Mən heç nəyə səy göstərməmişəm. Həyatımda hər şey israr etmədən önümə gəldi. Nəyisə zorlamağa cəhd etmək mənim üçün yaxşı deyil. Çalışsam da bunu edə bilmədim. Bir milyon dollar xərcləsəydim də İkardiyə o mahnını paylaşmağa nail ola bilməzdim. Üstəlik, adam dünya ulduzudur və çox məşhurdur. Ona çatmaq da çox çətindir. Bunu necə edə bilərdim? Qeyri-mümkün bir şey mümkün oldu. İş o yerə çatıb ki, beş il əvvəl işıq üzü görən mahnı bu gün ən çox dinlənilən mahnıya çevrilib".

Digər tərəfdən, sosial media platformalarında zaman-zaman yazışdığı insanların olduğunu bildirən məşhur müğənni, "Təbii ki, yazışmalar DM (direkt mesaj) vasitəsilə olub. Mən də o ağ qaşıq deyiləm" -deyə bildirib