Koronavirus kəskinləşir: 56 milyon insan yoluxa bilər - Dünya şokda!


Bu gün ABŞ, Yaponiya və Fransa da daxil olmaqla bir sıra ölkə, Çinin Vuhan şəhərində yayılan və 100-dən çox insanın ölümünə səbəb olan koronavirusdan qorunmaq üçün vətəndaşlarının təxliyyəsinə səfərbər olub. 


“Sherg.az” “sciencesetavenir.fr”ə istinadən xəbər verir ki, Vuhanda bu virusa yoluxanların sayı 4500 nəfərdən çoxdur. Ümumiyyətlə, bu şəhərdə 56 milyona yaxın insan adıçəkilən virusa yoluxa bilər. 

Məhz ona görə də, ABŞ, Fransa, Yaponiya,Mərakeş və başqa ölkələr vətəndaşlarının təxliyyəsini gerçəkləşdirirlər. 
ABŞ Dövlət Departamentindən verilən məlumata görə, sabah ABŞ-ın Vuhandakı konsulluğunun əməkdaşlarını təxliyə etmək üçün bir reys Kaliforniyaya yola düşəcək. 

Fransa da öz vətəndaşlarını təxliyyə edəcək. 

Təxminən 500 fransız yerli konsulluq siyahısında qeydiyyata alınıb. O da bildirilir ki, Çində minə yaxın fransalı tələbə təhsil alır. Onların da təxliyyəsi həyata keçiriləcək. 

Həmin vətəndaşlar təxliyyə olunub ölkəsinə qayıtdıqdan sonra, karantində saxlanılacaqlar. Yaponiya da öz növbəsində,bu gün səhər saatlarında təxminən 650 vətəndaşını təxliyyə edəcək. Çünki Çində insanların narahatlığı kəskin olaraq qalır. Dünyada çox xaotik bir vəziyyət yaranıb. Ən qorxunc olanı virusun getdikcə daha da kəskinləşməsidir. 

Çin rəssmi mənbələrin vediyi məlumata görə, ölənlərin sayı 106 nəfər çatıb. 4500 nəfər isə yeni yoluxub.
Dünyanın ayrı-ayrı ölkələrində isə 50-yə yaxın insan bu virusa yoluxub. Asiya və Avstraliyadan tutmuş Avropa və Şimali Amerikaya qədər onlarla ölkədə virusa yoluxanlar var. 
Məhz bu səbəbdən Monqolustan Çin ilə yol keçidlərini bağlayıb. Digər ölkələr öz sərhədlərində ehtiyat tədbirləri görüblər. Almaniya da öz vətəndaşlarına Çinə getməməyi tövsiyə edib. 

Çin mütəxəssisləri bəyan ediblər ki, bu virusa yoluxan insanlar asqırma və ya öskürəyə məruz qalır. Həkimlər əsas yoluxma əlaməti kimi bunu göstərir. 
Ümumdünya Səhiyyə Təşkilatı da təhlükənin yüksək olduğunu bəyan edib. 

Pekin yüz milyonlarla miqrant işçisinin şəhərlərə kütləvi qayıdışını təxirə salmaq və uzatma riskini azaltmaq üçün uzun müddətli Yeni il tətilini üç gün 2 fevrala qədər uzatmaq qərarına gəlib. Eynilə, məktəblərdə, kolleclərdə, liseylərdə və universitetlərdə yaz semestrinin başlaması təxirə salınıb. 

Hadisə yerində olan bir fransız qrupuna görə, Vuhanda əksər dükan bağlanıb və zəruri olmayan nəqliyyat vasitələrinin fəaliyyəti  qadağan edilib. Pekində ölü bir şəhər atmosferi yaranıb. 

Xəstəxanalarda vəziyyət xaotik olaraq qalır. Xəstələr həkimləri saatlarla gözləməli olurlar. Hər biri mindən çox çarpayı qəbul edə biləcək iki əlavə binanın inşası gələn həftə başa çatacaq
Böhran dünya bazarlarında Tokyo Birjasını boşaltmağa davam edən Çin iqtisadiyyatının, hətta dünyanın daha da zəifləməsi qorxusunu artırır.