İbayevlər ailəsi xəstə övladları üçün kömək istəyir - FOTO

Füzuli rayonunda yaşayan İbayevlər ailəsi övladları üçün kömək istəyir.

Bu barədə Füzuli rayonu Qayıdış 6 ünvanında yaşayan İbayev Novruz müraciət edib. O bildirib ki, anadangəlmə xəstə olan övladı 2005-ci il təvəllüdlü İbayev Nadir Novruz oğlunun müalicəsi üçün dəstək istəyib:

“16 ildir Füzuli rayonunda yaşayırıq. Oğlum anadangəlmə xəstədir. Maddi vəziyyətimiz onun müalicəsini davam etdirməyə imkan vermir. Xahiş edirik ki, bizə köməklik göstərilsin.

Yaşadığımız ev bizim deyil. Atamın evində qalırıq. Nə yoldaşım, nə də mən işləyirik. Aidiyyəti orqanlardan bizə ev məsələsində, oğlumun müalicəsi ilə bağlı köməklik göstərilməsini rica edirik”.