MSK-dan Azərbaycanın erməni vətəndaşları ilə bağlı BƏYANAT

Mərkəzi Seçki Komissiyası (MSK) Milli Məclisə seçkilərlə əlaqədar bəyanat yayıb.

Bəyanat Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaşayan erməni əsilli Azərbaycan vətəndaşları ilə əlaqədardır.

Bəyanatda bildirilir ki, Dağlıq Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşları səsvermə hüququndan sərbəst şəkildə istifadə edə bilərlər.