Deputatlığa namizəd seçki qutusunun üstündə oturdu: "Məcburam"

21 saylı Nəsimi birinci seçki dairəsindən deputatlığa namizəd Fərhad Mehdiyev dünən keçirilən seçkilərdə məntəqələrdən birində seçki qutusunun üstündə oturub.

Serq.az-ın xəbərinə görə, F.Mehdiyev bu addımı onunla əsaslandırıb ki, saxtakarlığın qarşısını almaq üçün buna məcbur olub:

"Seçki qutusuna oturmağımın səbəbi o oldu ki, istifadə edilməmiş, korlanmış bülletenlər  son protokola daxil edilmədən seçki qutusunu açmaq istəyirdilər".