ATƏT məcburi köçkün seçicilərə yaradılan şəraitdən razı qaldı – ŞƏRH

“ATƏT -in Milli Məclis seçkilərində müşahidəçiliyində qaçqın və məcburi köçükünlərin səsverməsi ilə bağlı qeyd etdikləri obyektiv yanaşmadı”. 

Bu fikirləri Sherg.az-a açıqlamasında AXCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə deyib:

“Həqiqətətndə MSK bütün ölkə boyu qaçıqınların yaşadığı ərazilərdə məntəqələr təşkil edib və qaçqınlar rahat səsvermədə iştirak ediblər. Bu həm də Ermənistanın işğalçı siyasətinin bariz nümunəsidir. Göründüyü kimi, Azərbaycan işğal olunmuş ərazilər üzrə seçki missiyasını həyata keçirməsi ATƏT tərəfindən müsbət qarşılanır. Bu ölkəmizin bir daha həmin ərazilərdə öz suveren hüquqlarının təmin etmək siyasətinin tərkib hissəsidir. Hesab edirəm ki, MSK-nın bunu yüksək səviyyədə yerinə yetirməsi qaçqın və məcburi köçükünlərin dövlətin idarə edilməsində yaxından iştirakına gətirb çıxarır”.