Göyçayda 46 yaşlı kişi itkin düşdü - FOTO

Göyçayda 46 yaşlı kişi itkin düşüb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Göyçay şəhər sakini, 1974-cü il təvəllüdlü Tərlan İsgəndərov fevralın 3-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

O, evdən çıxarkən əynində tünd yaşıl rəngli gödəkçə, cins şalvar və qara rəngli ayaqqabı olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin, Göyçay Rayon Polis Şöbəsinə 020-274-42-91 şəhər və (050) 774-04-91 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.