Xəzər dənizində zəlzələ oldu

Xəzər dənizində zəlzələ olub.

Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Xəbərə görə, zəlzələ yerli vaxtla saat 16:17-də qeydə alınıb. 

Zəlzələnin maqnitudası 3.2, dərinliyi 62 km olub.