Almaniyada avtomobil insanların üzərinə sürüldü: 15 yaralı var

Almaniyanın Folkmarzen şəhərində avtomobilin karnaval iştirakçılarının üzərinə sürülməsi nəticəsində azı 15 nəfər yaralanıb.

Axar.az xəbər verir ki, polis gümüşü rəngli “Mersedes Kombi” markalı avtomobilin sürücüsünü artıq saxlayıb. Avtomobil dayanana qədər təqribən 30 metr məsafə qət edib.

Şahidlərin sözlərinə görə, sürücü avtomobili insanların üzərinə sürdükdən sonra ayağını pedala basmağa davam edib. Onun bunu qəsdən edib-etmədiyi aydınlaşdırılır.