Tiflisdə maska böhranı: Yoxa çıxdı...

Tiflis apteklərində tibbi maskalar və antibakterial mayelər bitib.

Axar.az xəbər verir ki, bu barədə Tiflisdəki əczaçılar məlumat yayıb.

“Bizim bütün aptek şəbəkələrimizdə maskalar bitib. Dünən koronavirus barədə açıqlama veriləndən sonra burada növbələr yarandı. Maskalarla bərabər satışda olan bütün antibakterial mayeləri də aldılar”, - PSP apteklər şəbəkəsinin əczaçılarından biri deyib.

GPC apteklər şəbəkəsindən isə bildiriblər ki, Tiflis sakinləri maskaları çoxdan alır:

“Amma nəinki dünən axşamdan, artıq 1 aydır ki, maskalar, antibakterial mayelər və salfetlərə tələbat artıb”.