ABŞ-ASEAN sammiti təxirə salındı

Koronavirusun yayılması ucbatından Las-Veqasda keçiriləcək ABŞ-ASEAN sammiti təxirə salınıb.

Axar.az xəbər verir ki, bu məlumatı “Assoşieyted Press” agentliyi yayıb.

Məlumata görə, ABŞ görüşü təxirə salmadan öncə ASEAN-dakı tərəfdaşları ilə məsləhətləşmələr aparıb.

Qeyd edək ki, ABŞ-ASEAN ölkələri sammiti bu ilin martında keçirilməli idi.