“Azərbaycan səhiyyəsi virusa qarşı lazımi tədbirlər görür” – Deputat

Azər Badamov:“Ölkə başçısının bu işlərə nəzarəti və qayğısının artması vətəndaşlarımızın təhlükəsizliyinə şərait yaradır”



Azərbaycanda müasir səhiyyə infrastrukturu formalaşdırılıb. Prezident İlham Əliyevin Goranboy rayon Mərkəzi Xəstəxanasının açılışında iştirakı və orada səsləndirdiyi fikirlər bir daha göstərir ki, səhiyyəmizin maddi-texniki bazası yüksək səviyyədə qurulur. Bakı və bölgələrdə tibb müəssisələri müasir standartlara cavab verir, tibbi avadanlıq dünyanın aparıcı xəstəxanalarında olan avadanlıqlardan fərqlənmir. Azərbaycanda əhalinin sağlamlığının qorunması istiqamətində məqsədyönlü siyasət həyata keçirilir. Son illər müayinədən keçən vətəndaşların sayı 5 milyona çatıb.



Millət vəkili Azər Badamov da “Sherg.az”a açıqlamasında bildirib ki, son 16 il ərzində cənab Prezidentin tapşırığı ilə ölkəmizdə 700-dən çox  səhiyyə müəssisəsi müasirləşib:

“Martın 3-də ölkə başçısı Goranboy rayonuna səfəri çərçivəsində xəstəxananın açılışında iştirak etdi və orada yaradılımış müasir infrasturukturla tanış oldu. Hazırda Azərbaycan səhiyyəsi öz inkişaf dövrünü yaşayır. Demək olar ki, səhiyyəmizin maddi-texniki bazası müasirləşib. Dünyanın ən qabaqcıl ölkələrinin texnologiyaları Azərbaycan səhiyyəsində tətbiq olunur. Bu işlərin görülməsi üçün dövlət büdcəsindən milyonlarla vəsait sərf olunub. Həmin vəsaitlər vətəndaşlarımızın sağlamlığının təmin olunması üçündür.

Həm icbari tibbi sığortanın tətbiqi, həm də bu sığortanın dövlət hesabına qarşılanması onu göstərir ki, dövlət siyasətinin təməlində Azərbaycan vətəndaşının sağlamlığı dayanır. Azərbaycan səhiyyəsi ölkəmizdə tüğyan edən viruslara qarşı lazımi tədbirlər, peyvəndlər və karantin əməliyyatların aparılmasına qadirdir. Həmçinin bu gün koronavirus ölkəmizdə əhalinin narahatlığına səbəb olub.

Bir çox ölkələrdə bu xəsətliyə yoluxanların sayı kütləvi olaraq artır. Həmin ölkələrdən fərqli olaraq Azərbaycanda bu məsələ dövlət tərəfindən ciddi nəzarətə götürülüb. Karantin məntəqləri yaradılıb və yoluxma halı baş verərsə, vətəndaşların məntəqələrə cəlb olunması üçün ciddi işlər görülür.
Bütün bunları bir daha onu göstərir ki, hazırda səhiyyəmizin imkanları hər bir təhlükənin qarşısının alınmasına imkan verir. Ölkə başçısının bu işlərə nəzarəti və qayğısının artması vətəndaşlarınızın təhlükəsizliyinə şərait yaradır”.