Üçtərəfli görüş:“Risklər nəzərdən keçirilə bilər”  

Bu il Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirlərinin üçtərəfli görüşü keçiriləcək.
Bu barədə Gürcüstan Müdafiə Nazirliyinin saytında məlumat verilib. Görüşə Gürcüstan ev sahibliyi edəcək. Qeyd olunub ki, Gürcüstanın Müdafiə naziri İrakli Qaribaşvili Bakıya rəsmi səfəri çərçivəsində azərbaycanlı həmkarı Zakir Həsənovla üçtərəfli görüş məsələsini müzakirə edib. 


Görüşü “Sherg.az”a şərh edən politoloq Rasim Musabayevin fikrincə, burada xüsusi bir məna axtarmağa ehtiyac yoxdur:

“Qeyd etdiyiniz tərəflər ildə bir neçə dəfə müntəzəm olaraq görüşlər keçirirlər.  Burada təəccüblü heç nə yoxdur. Tərəflər arasında kommunikasiya xəttlərinin təhlükəsizliyi müzakirə edilə bilər. Eyni zamanda, ola bilsin ki, müəyyən risklər nəzərdən keçirilsin. Ancaq hansısa hərbi sazişin imzalanacağını gözləmək lazım deyil”.