Ərdoğanla Merkel nəyi müzakirə edib? – AKTUAL 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Almaniya kansleri Angela Merkel arasında telefon danışığı baş tutub. Bu barədə Türkiyə Prezidentinin İctimaiyyətlə Əlaqələr Şöbəsi məlumat yayıb.

Ərdoğan söhbət zamanı İdliblə bağlı razılaşmanın bölgədəki həm dinc əhalinin, həm də orada xidmətdə olan türk əsgərlərinin həyatını qoruduğunu bildirib. 

Görüşü şərh edən politoloq Əhəd Məmmədli “Sherg.az”a söyləyib ki, Ərdoğan mütəmadi olaraq Merkellə görüşərək İdlibdəki vəziyyəti müzakirə edir:

“Türkiyəli siyasi lider həm də NATO-dan kömək istəyir. Ərdoğanı narahat edən əsas məsələlərdən biri də türkiyəli qaçqınların taleyidir. Yunan polisləri qaçqınlarla kobud rəftar edirlər. Ərdoğan həm də bu problemi həll etmək istəyir”.