Azərbaycanda toy məclislərinin keçirilməsi qadağan edilib - Operativ Qərargah


Azərbaycan ərazisində bütün toy məclislərinin keçirilməsi qadağan edilib. 

Nazirlər Kabineti yanında Operativ  Qərargahdan "Sherg.az"a verilən məlumata görə, 14 və 15 mart 2020-ci il tarixlərinə əvvəlcədən təyin olunan toy mərasimləri istisna olmaqla, 14 mart saat 00:00-dan etibarən bir ay müddətində ölkə ərazisində bütün toy məclislərinin keçirilməsi qadağan edilir. 

Eyni zamanda saat 00:00-dan etibarən dəfn mərasimləri istisna olmaqla, mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin keçirilməsi qadağan olunur.