Murad Dadaşova DƏSTƏK: “Belələrini telekanalın yaxınlığına buraxmaq olmaz” 

Rasim Balayev: “Onlar zövqləri korlayırlar. Tamaşaçı elə bilir oxuyan belə olmalıdır. Xeyr, efirə əsl sənəti olan şəxslər dəvət olunmalıdır”

“Murad Dadaşov düzgün addım atıb. Qadağa qoyulmalı müğənnilərin sayı çoxdur”
Bunu “Sherg.az”a xalq artisti Rasim Balayev deyib. O qeyd edib ki, efirə yaraşmayan müğənnilər bir - iki nəfərlə qurtarmır:

“Onlar kütlə şəklindədir. Həmin müğənniləri nəinki televiziyaya, heç telekanalın  yaxınlığına buraxmaq olmaz. Onlar zövqləri korlayırlar. Tamaşaçı elə bilir oxuyan belə olmalıdır. Xeyr, efirə əsl sənəti olan şəxslər dəvət olunmalıdır. Murad Dadaşov çox gözəl qərar verib.” 

Samirə Ərəbova