Yeni Azərbaycan Partiyası akademik Yaqub Mahmudova başsağlığı ünvanlayıb.
Sherg.az Təhsil365-ə istinadən xəbər verir ki, başsağlığında deyilir:
"Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı YAP Veteranlar Şurasının üzvü, akademik Yaqub Mahmudova həyat yoldaşı Almas Mahmudovanın vəfatından kədərləndiyini bildirir və dərin hüznlə başsağlığı verir".
Xatırladaq ki, Almas Süleyman qızı Mahmudova BDU‐nun Mexanika‐riyaziyyat fakültəsini bitirib. O, Azərbaycan Ensiklopediyasında redaktor və Bakının bir neçə məktəbində riyaziyyat müəllimi işləyib.